Coşqun Diniyev 90 dəqiqə oynadı

11:31 - 30 Sentyabr 2023

Türkiyə 1-ci Liqasında 7-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki. Azərbaycan milli komandasının üzvü Coşqun Dİniyevin formasını geyindiyi "Ümraniyespor" doğma meydanda "Bandırmaspor"u qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Coşqun Diniyev də bu oyunun iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 90+6-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

7 turdan sonra aktivində 2 xal olan "Ümraniyespor" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti