Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" səfərdə "Sivasspor"un qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 59-cu dəqiqədə Karlos Strandberqin yerinə oyuna daxil olub.
7 turdan sonra 11 xal toplayan "Hatayspor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi