Bosniya və Herseqovina milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Avropa təmsilçisini Savo Miloşeviç çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumaty yayıb.
Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Savo Miloşeviç son olaraq Lyublyana "Olimpiya"sını çalışdırıb. Serbiyalı mütəxəssis 2021-ci ilin oktyabr ayından işsiz idi.
saytlarin hazirlanmasi