Millimizin kapitanı Macarıstanda kubok qazandı

16:56 - 2 Oktyabr 2023

Qadın voleybolçulardan ibarət millimizin kapitanı Ayşən Abduləzimova klub mövsümündə ilk kuboku qazanıb.

Sportal.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu yeni mövsümə hazırlıq çərçivəsində beynəlxalq yarışın qalibi olub. Voleybolçumuzun komandası Polşada keçirilən "Amica Cup 2023" hazırlıq turnirində Polşanın "Volley Wroclaw" klubunu 3:1, Almaniyanın "Dresdner" klubunu 3:2 və Çexiyanın "Dukla Liberec" klubunu 3:2 hesabları ilə məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, oktyabrın 1-də baş tutmuş son oyunda Ayşənə istirahət verilmişdi. Lakin komandası 0:2 hesabı ilə geri düşdüyündən məşqçi oyuna daxil edib. Eyni zamanda "Vasas"ın kapitanı olan Abduləzimovanın böyük səyləri ilə Macarıstan təmsilçisi geridönüş edə bilib və yekunda 3:2 hesablı qələbə qazanıb. Millimizin üzvü 3 set ərzində 8 xal əldə edib. 

Xəbər xətti