"Cəbrayıl"ı lider edən qələbə - VİDEO

18:32 - 2 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında V tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" öz meydanında "Kür-Araz"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Cəbrayıl" çempionatın lideridir. 6 xalı olan "Kür-Araz" isə 9-cu yerdədir.

"Cəbrayıl" - "Kür-Araz" 1:0

Qol: Baxşəli Baxşəliyev, 32

Xəbər xətti