"Sabah" Niderland klubuna qalib gəldi

21:54 - 2 Oktyabr 2023

“Sabah” basketbol komandası FİBA  Avropa Kubokunda 2023/2024 mövsümünə qələbə ilə başlayıb.

Sportal.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali Makedoniyada ilk sınağına Niderland təmsilçisi “Donar” önündə çıxıb. “Sabah” rəqibi üzərində 75:72 hesablı qələbə qazanıb.

Azərbaycan təmsilçisi ikinci oyununu oktyabrın 3-də yerli “Rabotniçki”yə (Skopye) qarşı keçirəcək.

Xəbər xətti