"Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə "Hekken"in qonağı olacaq.
Sportal.az xəbər verir ki. Ağdam təmsilçisi bu gün İsveçə yollanıb. Komandanın baş məşqçisi Qurban Qurbanov Hava Limanında jurnalistləri suallarını cavablandırıb:
- Dünən və bu gün pis hazırlıq keçmədik. Yaxşı rəqibə qarşı oynayacağıq. Öz xüsusi oyun üslubları var. Hələ iki günümüz var. Futbolçulara rəqib haqda daha ətraflı məlumat verəcəyik.
- "Hekken" ilk oyunda "Bayer"ə 0:4 hesabı ilə məğlub olub. Onlar qrupun autsayderi hesab olunur. Siz necə düşünürsünüz?
- Yox. Məndə belə bir fikir formalaşmayıb. Səfərdə "Bayer"ə qarşı oynayırdılar. Qrupda dəfələrlə belə hallar olub, ilk oyunda məğlub olan komandalar daha sonra yaxşı nəticələr əldə edir. "Hekken" istənilən rəqiblə görüşdə öz oyun üslubu ilə yaxşı nəticə əldə edə bilir. Qarşıda oyunlarımız çoxdur. "Hekken"lə qarşılaşma bizim üçün vacib matçlardan biridir.
- Heyətlə bağlı problemləriniz var?
- Var. Bəhlul Mustafazadə, Marko Veşoviç zədəlidir. Redon Cica düzdür komanda ilə məşqlərə başlayıb, amma hələ tam hazır deyil. Bir-iki mikrozədəlilərimiz var. Onlar qarşıdakı günlərdə hazır olmalıdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi