"Qusar" Qaxdan 3 xalla qayıdır - VİDEO

18:15 - 3 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında V turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Kürmük Qax" öz meydanında "Qusar"ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Qusar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Kürmük Qax" isə sonuncu yerdədir.

"Kürmük Qax" - "Qusas" 1:3

Qollar: Kazbek Qafarov, 90+3 (avtoqol) - Aslan hüseynov, 5, Şahmar Sədiyev, 16, Sərxan Ağayev, 39

Xəbər xətti