Çağırış Kuboku: "Azərreyl"in oyunlarının vaxtı bəlli oldu

17:56 - 3 Oktyabr 2023

“Azərreyl"in Çağırış Kubokunun 1/32 final mərhələsində Ukrayna “Balta”sı ilə oyunlarının vaxtı dəqiqləşib. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iki komanda arasında razılığa əsasən hər 2 matç Bakıda təşkil olunacaq. 

“Azərreyl” rəqibini oktyabrın 17-də qəbul edəcək. Bir gün sonra “Balta” nominal ev sahibi olacaq. 

Hər 2 görüş Azərbaycan Voleybol Mərkəzində keçiriləcək və saat 20:00-da başlanacaq.

Xəbər xətti