"Şahdağ Qusar" "Şəki Siti"ni darmadağın etdi - VİDEO

19:33 - 3 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında V turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" öz meydanında "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 9 xalı olan "Şəki Siti" isə 6-cı yerdədir.

"Şəki Siti" - "Şahdağ Qusar" 0:5

Qollar: Tural Qurbatov, 7, Salman Altuxanov, 12, Afin bağırov, 17, Mehdi Rəsulov, 72, İlqar Hüseynov, 75

Xəbər xətti