Mançester klubları yapon futbolçunu istəyir

17:55 - 5 Oktyabr 2023

"Brayton"un futbolçusu Kaoru Mitoma Premyer Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Mançester Siti" yapon vingerin xidmətində maraqılıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Mançester təmsilçiləri qış transfer pəncərəsi zamanı 26 yaşlı ön xətt oyunçusu üçün onun klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Brayton" Kaoru Mitomanı 2022-ci ilin yanvar ayında "Union Sent Cillois"dən transfer edib. Yaponiya millisinin üzvü cari mövsümdə "qağayılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti