"Barselona" "Çelsi"nin futbolçusunu istəyir

19:51 - 5 Oktyabr 2023

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi müqavilə ilə "Çelsi"yə məxsus olan Andrey Santosdur. Bu barədə "Sport" nəşri məlumat yayıb.

"Barselona" 19 yaşlı yarımmüdagfiəçiyə Serxio Busketsin davamçısı kimi baxır. Klubun idman direktoru Deko gənc oyunçunun meneceri ilə görüş keçirəcək.

Qeyd edək ki, Andrey Santos icarə əsasında "Nottingem Forest"də çıxış edir. Btaziliyalı futbolçu Premyer Liqada debüt etməyib.

Xəbər xətti