"Bavariya"nın futbolçusu Leroy Sane karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı vingeri "Real" və "Barselona" heyətinə cəlb etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb. Əzəli rəqiblər arasında bu dəfə transfer bazarında "El Klasiko" gerçəkləşəcək.
İspaniya nəhəngləri Almaniya millisinin üzvü üçün mövsümün sonunda Münhen klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Ön xətt oyunçusu komandanın heyətində meydana çıxdığı 143 rəsmi matçda 44 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi