"Tottenhem"dən "Qalatasaray"ın futbolçusu üçün 30 milyon avroluq təklif

15:52 - 6 Oktyabr 2023

"Qalatasaray"ın futbolçusu Viktor Nelsson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, danimarkalı müdafiəçinin xidmətində "Tottenhem" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London təmsilçisi "Sevilya"nın da maraqlandığı 24 yaşlı arxa xətt oyunçusu üçün 30 milyon avro ödəməyə hazırdır. "Tottenhem" qış transfer pəncərəsi zamanı Türkiyə klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən 7 milyon avroya transfer edib. Danimarka millisinin üzvü cari mövsümdə "sarı-qırmızılar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti