Avropa Liqası qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutacaq "Bayer" - "Qarabağ" matçının hakimləri açıqlanıb.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Horațsiu Feşniç olacaq. Ona yan xətt hakimləri Valentin Avram və Aleksandru Çerei kömək edəcək. Dördüncü hakim funksiyasını Szabols Kovaç yerinə yetirəcək.
VAR-da portuqaliyalı Tiaqo Martins olacaq. Ona İtaliyadan olan Paolo Valeri köməklik göstərəcək.
Qeyd edək ki, "Bayer" - "Qarabağ" qarşılaşması 26 oktyabr tarixində Bakı vaxtilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi