“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Avropa Liqasının 4-cü turunun “Bayer”lə oyunundan öncə mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi sabah Bakıda keçiriləcək matç haqda danışıb:
- Sabah bizi maraqlı və ciddi oyun gözləyir. Rəqibin kimliyindən danışmağa ehtiyac görmürəm. Əsas olan bizim rəqibə necə reaksiya göstərməyimizdir. Bunu ən yaxşı şəkildə etməyə çalışacağıq.
- Ötən mövsüm də Bundesliqa təmsilçisi "Frayburq"la oynamışdız. Bu cür komandalarla görüşdə nəticə qazanmaq üçün nə etmək lazımdır?
- Almaniya klubları həmişə taktiki cəhətdən savadlı və intizamlı olmaları ilə seçiliblər. Hər iki komanda belədir. "Bayer" bəzi komponentlərdə "Frayburq"dan daha üstün komandadır. Bu tip komandalara qarşı daha kompakt oynamaq və eyni zamanda epizodlardan da istifadə edərək, nəticə qazanmaq olar.
Mirbağırağa
saytlarin hazirlanmasi