"Bayer"lə matçda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumu bəlli olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Qarabağ"ın həkimi Gena Kislari Rusiya mətbuatına açıqlamasında bildirib.
Təcrübəli qapıçı Rusiya millisinin Kuba ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu mövsümün əvvəlində heyətinə qatıb. O, Ağdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi