"Bayer"lə matçda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyov artıq oynamağa hazırdır.
Sportal.az xəbər verir ki, rus qolkiperlə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətindən "Sport-ekspress" nəşrinə məlumat verilib. 32 yaşlı futbolçunun kollektivlə birlikdə məşqlərdə iştirak etdiyi bildirilib:
“Lunyovda hər şey qaydasındadır. O, zədəsini sağaldıb və komanda ilə məşq edir. Andreyin məşq prosesində heç bir məhdudiyyəti yoxdur. Bu gün “Sabah”la oyunumuz var. Onun meydana çıxıb-çıxmayacağını görəcəyik".
saytlarin hazirlanmasi