Qurban Qurbanov: "Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticə ilə dönməkdir"

10:55 - 29 Noyabr 2023

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 5-ci turunda səfərdə "Molde"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Norveç səfəri öncəsi jurnalistlərə açıqlama verib. 51 yaşlı mütəxəssis hazırlığın qaydasında olduğunu bildirib:

- Hazırlığımız pis keçmədi. Demək olar ki, hər şey qaydasındadır. Dünən son məşqimizi etdik. Sabah oyun günü daha bir məşq edəcəyik. Gözləntilərimiz yaxşı oyun və yaxşı nəticə ilə dönməkdir. İnanıram ki, alınar. Rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək.

- "Qarabağ" ilk oyundakı üstünlüyü səfərdə də tətbiq edə biləcək?

- Çox istərdik ki, edək. Amma rəqibin evdə oynamağını nəzərə almaq lazımdır. Onların meydançası süni örtüklüdür. Azarkeşlər də rəqib üçün üstünlükdür. Amma maksimum çalışacağıq ki, öz oyunumuzdan əl çəkməyək. Bunu nə qədər bacardığımızı oyunda görəcəyik.

Mirbağırağa

Xəbər xətti