"Qarabağ"ın transfer etmək istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.
Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, mərkəz müdafiəçisi axtarışına başlayan "köhlən atlar" millimizin üzvü Anton Krivotsyuk ilə maraqlanır.
Qurban Qurbanovun bəyəndiyi futbolçu ilə tezliklə danışıqlar başlayacaq. Ağdam təmsilçisi hazırda Cənubi Koreyanın "Daejeon" klubunda çıxış edən müdafiəçini icarəyə götürmək və ya transfer etmək üçün qış fasiləsində hərəkətə keçəcək.
Cənubi Koreyada mövsüm başa çatdığı üçün bu keçidin reallaşması mümkün görünür. 25 yaşlı oyunçu 2017-2021-ci illər aralığında "Neftçi"nin formasını geyinib.
saytlarin hazirlanmasi