"Qarabağ"ın müdafiəçisi Marko Veşoviç Premyer Liqanın 16-cı turunun "Sumqayıt"la matçında zədələnib.
Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevın Sportal.az saytına verdiyi məlumata görə, monteneqrolu futbolçunun tibbi müayinəsinin cavabı həftənin 1-ci günü məlum olacaq.
Yannız bundan sonra 32 yaşlı sağ cinah müdafiəçisinin zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək.
Qeyd edək ki, Marko Veşoviç cari mövsümdə "Qarabağ"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi