“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İsveçin “Hekken” klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.
Sportal.az xəbər verir ki, klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi