"Qarabağ"ın mövsümün əvvəlində heyətinə qatdığı Juninyo Olavio oyunu ilə ona bəslənən ümidləri doğrultmaqdadır.
Juninyonun bu cür oyunla Avropa klublarının diqqətini çəkmək ehtimalları barədə futbol agenti Tural Əsgərovun fikirlərini öyrəndik. Sportal.az saytına açıqlama verən Əsgərov 27 yaşlı forvarda Rusiya, Türkiyə klublarından təkliflərin gələ biləcəyini bildirdi:
"Bu cür məhsuldarlığı davam etsə, Azərbaycan çempionatında minimum 20 qol həddini aşacaq. Hətta 25-30 da ola bilər. Avrokuboklarda "Qarabağ" ən pis halda ötənilki nəticələri təkrarlayır. Juninyonun artıq Avropa Liqasında 2 qolu var. Daha da çox ola bilər. İnanmıram ki, ona hansısa TOP Liqadan təklif gəlsin. Bu, bir az çətindir, çox nadir hallarda olur. Ərəb ölkələri, Rusiya, Türkiyədən təkliflər gələ bilər. Braziliyalı olduğunu nəzərə alsaq, onlara dünyanın istənilən yerində maraq var. Ona görə də hər şey ola bilər.".
"Qarabağ" yanvar ayında Kadi Borgesi "Krasnodar"a 5 milyon avroya satmışdı. Tural Əsgərovun sözlərinə görə, Juninyo həmyerlisinin transfer rekordunu qıra bilər:
"Qiymət vurduğu qollardan, performansından asılıdır. Bütün bunlar qiymətə təsir edə bilər. "Qarabağ" oyunçularını ilk təklifdəcə satmaq niyyətində olan klub deyil. Juninyo satılsa, demək ki, çox ciddi məbləğə satılacaq. Braziliyalı hücumçu bu cür davam etsə, onun transfer qiyməti 5 milyon avrodan aşağı olmayacaq. O, elə futbolçudur, elə potensialı var ki, Kadi Borgesin transfer rekordunu təzələsə, təəccüblənmək olmaz".
Elçin Əlixan
saytlarin hazirlanmasi