UEFA Avropa Liqasında mübarizə aparmaqla yanaşı, Azərbaycan Premyer Liqasında çempionluq üçün yarışan "Qarabağ" heyətini gücləndirmək fikrindədir.
Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, yerli oyunçu axtarışlarını davam etdirən ağdamlılar "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayevi hədəfinə alıb. "Köhlən atlar" Azərbaycan millisinin üzvünü 500 min avro qarşılığında rənglərinə bağlamaq istəyir.
"Sabah" müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq 28 yaşlı futbolçunu komandada saxlamaq istədiyi üçün bu təklifi nəzərdən keçirmir. Buna baxmayaraq, qış fasiləsində transfer danışıqlarının sürətlənəcəyi gözlənilir.
saytlarin hazirlanmasi