"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan Kuboku 1/8 final mərhələsinin MOİK-lə matçından (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az 23 yaşlı sol cinah müdafiıçisinin fikirlərini diqqətinizə çatdırır:
- Matç haqda təəssüratlarını bölüşərdin...
- Xankəndini gəlib görmək bizim üçün çox sevincli və maraqlı oldu. Əsas olan bu idi. Oyun ikinci planda qalmışdı. Şükürlər olsun ki, matçdan da qalib ayrıldıq.
- Oyunun yaxşı alınmaması həyəcanla bağlı idi?
- Əlbəttə. Cənab prezidentimiz də vurğuladı ki, bizim xalq qalıb xalqdır. MOİK-in və ya "Qarabağ"ın qələbə qazanması fərq etmir.
- Son vaxtlar belə fikirlər var ki, Elvinin oyununda düşüş yaşanır. Bu fikirlə razısan?
- Açığı, bu haqda eşitməmişəm. Hər azarkeşin fikrinə hörmətlə yanaşıram. Ola bilər. Amma mən hələ ki, özümdə bunu hiss etmirəm. Bütün oyunlara ciddi yanaşıram, özümü tam hazırlayıram. Daha da uğurlu çıxış etmək üçün üzərində işləyirəm.
- Meydanın ot örtüyü oyununuza təsir edirdi?
- Bəli. Stadionun ot örtüyü pis vəziyyətdə idi. Buna görə də oyunumuz yaxşı alınmırdı.
Elçin Əlixan
saytlarin hazirlanmasi