Adı “Qarabağ”la hallanan APOEL-in müdafiəçisi Laşa Dvali bu haqda danışıb.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Kipr klubunun mətbuat xidmətinə açıqlama verib. Gücrü mərkəz müdafiəçisi başqa klubla anlaşdığı barədə yayılan xəbərləri təkzib edib:
“Başqa klubla razılaşdığımla bağlı xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur. Düzdür, bəzi klublardan maraq var, amma mənim APOEL ilə müqaviləm davam edir. Ona görə də maraqlanan klublar rəhbərliklə danışmalıdır. Şəxsən mənim getmək fikrim yoxdur. APOEL-ə və hədəflərimizə bağlıyam”.
Qeyd edək ki, Laşa Dvali 2022-ci ilin yayında “Ferentsvaroş”dan APOEL-ə keçib. Gürcüstan millisinin üzvü bu mövsüm Nikosia təmsilçisinin heyətində keçirdiyi 15 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi