“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.
Aleksey İsayev 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib.
saytlarin hazirlanmasi