“Qarabağ”ın yeni transferi Aleksey İsayev klubun rəsmi saytına müsahibə verib.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi keçidi, hədəfləri və komanda barədə fikirlərini açıqlayıb.
- Yeni – 2024-cü ilin ilk günləri sizin transferinizlə əlamətdar oldu. “Sabah”dan “Qarabağ”a keçidi necə dəyərləndirirsiz?
- “Qarabağ”a keçid mənim üçün irəli atılan addımdır. Buna görə xoşbəxtəm. Düşünürəm ki, “Qarabağ”a keçən hər bir futbolçu irəli addım atır.
- Əvvəl rəqib olduğunuz, indi heyətində yer aldığınız yeni komandanız barədə fikirləriniz necədir?
- “Qarabağ” Azərbaycanın ən yaxşı komandasıdır. Həmişə öz oyun üslubunu nümayiş etdirir. Komanda baxımlı oyun və hücum futbolu göstərir.
- 10 qat ölkə çempionu, ardıcıl 10 il avrokubokların qrupunda oynayan bir komandaya keçdiz. Azərbaycan futbolunun liderinin futbolçusu olmaq necə hissdir?
- Xoşbəxtlik hissləri keçirirəm. Ola bilər ki, bu hisslərimi sözlə ifadə edə bilmirəm, amma daxilimdə həqiqətən də xoşbəxtəm. Komandamızın maksimal nəticələr göstərməsi üçün meydanda hər şeyi edəcəyəm.
- Artıq “Qarabağ”da məşqlərə başlamısız. Sizin üçün yeni komanda, yeni kollektivdəsiz. Təəssüratlarınız necədir?
- Məşqdən öncə baş məşqçimiz Qurban Qurbanov komanda qarşısında mənə xoş sözlərlə uğurlar arzuladı. Belə isti qarşılanma üçün ona minnətdaram. Azərbaycan futbolunu hər dəfə daha bir pillə irəli aparan mütəxəssis barədə yalnız ən yaxşı sözləri demək olar. Məşq barədə sadəcə müsbət təəssüratlarım var. Futbolçuların hamısı yüksək insani keyfiyyətlərə malik böyük peşəkarlardır. Onların əksəriyyətini şəxsən tanıyıram. Məni əla qarşıladılar, çox xoş oldu. Digərləri ilə daha yaxın tanışlıq üçün vaxtımız olacaq.
- “Qarabağ” daim ən yüksək hədəflər uğrunda mübarizə aparır. Bəs, sizin komandamızdakı hədəfləriniz nədir?
- Mənim də hədəflərim klubumuzla eynidir. Ən yüksək hədəflər uğrunda mübarizə aparmaq istəyirəm. Özümdə olan, amma görünməyən potensialımı addım-addım inkişaf etdirməliyəm. Mən də buna mütləq nail olacağam.
saytlarin hazirlanmasi