"Qarabağ"ın Ukraynanın "Şaxtyor" klubunun sağ cinah vingeri Aleksey Kaşuku transfer etmək istəməsi barədə məlumat vermişdik.
Ağdam təmsilçisi hücumameyilli yarımmüdafiəçisi Leandro Andradenin mümkün gedişini düşünərək, ukraynalını sıralarına qatmaq niyyətindədir.
Sportal.az Pressing.az-a istinadən xəbər verir ki, "köhlən atlar" 23 yaşlı futbolçu üçün Donetsk təmsilçisi ilə danışıqları sürətləndirib.
Danışıqlar müsbət nəticələnməsə, "Qarabağ"ın B planı da var. Belə ki, ağdamlılar onun əvəzinə hazırda "Krasnodar"da çıxış edən sabiq futbolçusu Kadi Borgesi icarəyə götürmək variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Aleksey Kaşuk 2022/23 mövsümündə "Sabah"ın uğurları üçün çalışıb.
saytlarin hazirlanmasi