"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun yeni klubu LKS-a nə vaxt qoşulacağı məlum olub.
Sportal.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi 20 yanvar tarixində Lodz təmsilçisinin düşərgəsində olacaq. Bu barədə "gol24.pl" nəşri məlumat yayıb.
LKS Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. Millimizin üzvü də toplanış zamanı komanda ilə birlikdə olacaq. Polşalılar Antalyada 4 hazırlıq matçı keçirəcək.
Qeyd edək ki, LKS Polşa çempionatında 18 turdan sonra 10 xal toplayıb və 18 komanda arasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi