"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade daha bir təklif alıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Çindən sonra ona Rusiyadan dəvət gəlib.
Premyerliqada mübarizə aparan "Rubin" kabo-verdeli legionerə iddiasını ortaya qoyub. Kazan təmsilçisi bu istəyini "köhlən atlılar"la tanış edib.
Hazırda turnir cədvəlində 7-ci yerdə gedən klub 24 yaşlı afrikalıya görə "Qarabağ"a təzminat ödəməyə hazır olduğunu bildirib.
Ağdamlılarla sözləşməsi gələn ilin yayınadək qüvvədə olan Andradeyə daha əvvəl "Şanxay Şeyxua"nın da elçi düşməsini xatırladaq.
saytlarin hazirlanmasi