Afrika Millətlər Kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi patrik Andradenin formasını geyindiyi Kabo-Verde millisi Misir seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Patrik Andrade də bu görüşün iştirakçısı olub. 30 yaşlı futbolçu matça start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.
Xallarını 7-yə yüksəldən Kabo-Verde yığması qrup lider tamamlayıb.
saytlarin hazirlanmasi