"Qarabağ" yarımmüdafiəçisi Leandro Andradeyə yeni müqavilə təklif edib.
Sportal.az azerisport.com saytına istinadən xəbər verir ki, tərəflər arasında mövcud anlaşma 2024/25 mövsümünün sonuna qədər qüvvədədir. Ağdam klubu artıq kabe-verdeli futbolçuya 3 illik yeni sözləşmə imzalamağı təklif edib.
Qeyd edək ki, "Qarabağ" Leandro Andradeni 2022-ci ilin yanvar ayında Bolqarıstanın "Çerno More" klubundan transfer edib. 24 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi