"Qarabağ" Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sabah"ın qonağıdır.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin qış fasiləsində "Sabah"dan transfer etdiyi Aleksey İsayev qarşılaşmada iştirak etmir. 28 yaşlı yarımmüdafiəçinin adı görüşün iştirak ərizəsinə daxil edilməyib.
Alekseyin "Sabah"a qarşı oynamamasının səbəbi var. Əldə etdiyimiz məlumata görə, klublar arasındakı şifahi anlaşmaya əsasən, millimizin üzvü kubok matçlarında sabiq klubuna qarşı çıxış etməyəcək.
Qeyd edək ki, "Qarabağ" Aleksey İsayevlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
saytlarin hazirlanmasi