"Qarabağ"ın müdafiəçisi Toral Bayramovun "Qalatasaray"a keçəcəyi ilə bağlı iddialar var.
Sportal.az xəbər verir ki., İstanbul təmsilçisinin idman direktoru Cenk Ergünün 22 yaşlı müdafiəçini canlı izləmək üçün "Səbail" - "Qarabağ" matçına getdiyi bildirilirdi.
Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacı məsələ ilə bağlı "Fanatik" nəşrinə açıqlama verib. Klub rəsmisi yayılan xəbərləri təkzib edib:
"Hazırda gündəmdə belə bir şey yoxdur. Klub arasında hər hansı rəsmi təklif olmayıb. Belə bir şey haqda danışılmayıb. "Qarabağ" və "Qalatasaray" arasında gələcəyə dair iş birliyi planları var. Buna görə də Cenk bəy Bakıya gəlmişkən klubumuzun rəsmiləri ilə birlikdə "Səbail" - "Qarabağ" matçını izlədi. "Qalatasaray"la çox yaxşı münasibətimiz var".
saytlarin hazirlanmasi