“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beynəlxalq turnir qrup mərhələsində son matçına çıxıb.
Komanda III turda Belarusun BATE klubu ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.
İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi qrup mərhələsini 7 xalla başa vurub. “Qarabağ” B qrupunda 1-ci yeri tutub. U-15 bununla da 1/4 finala yüksəlib.
Qeyd edək ki, növbəti mərhələnin matçları sabah keçiriləcək.
saytlarin hazirlanmasi