"Qarabağ"ın futbolçusu Julio Romano Braziliya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, "Uol.com" saytına danışan 24 yaşlı braziliyalı yarımmüdafiəçi Ağdam təmsilçisinin son illərdə yaxşı çıxış etdiyini bildirib:
"Bu nəhənglərin sırasında olmağımız onu göstərir ki, işimiz yaxşı gedir. “Qarabağ” son illər Azərbaycanda əla çıxış edir və bu, bizə daha böyük xəyallar qurmağa imkan verir. Hamını təəccübləndirmək üçün böyük şansımız var, amma təvazökar qalmalı və "Braqa"ya qarşı güclü olmalıyıq".
Qeyd edək ki, "Braqa" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtilə saat 00:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi