“Qarabağ” uğurları sıraladıqca futbolçuları da böyük klubların diqqət mərkəzinə düşür. Bu səbəbdən komandanın aparıcı oyunçularına gələn təkliflər sıralanır.
Güman ki, yayda yenə “Qarabağ”dan ayrılanlar olacaq. Çünki çempionun bir neçə oyunçusu skautların diqqət mərkəzindədir.
Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, dünən Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında birneçə futbolçumuz diqqət mərkəzində olub. “Qarabağ”ın “Braqa”ya 4:2 hesabıyla qalib gəldiyi oyunda İspaniya və Yunanıstanın yüksək liqa klublarının nümayəndələri bəzi futbolçulara göz qoyub.
Sevindirici haldır ki, bu dəfə yalnız legionerlər yox, yerli futbolçular da hədəfə alınıb. Adlar bəlli deyil, amma milli komandamızın üzvlərinin bəyənildiyi deyilir. Portuqaliyadakı oyunu canlı izləyən skautlar cavab matçına da baxdıqdan sonra təmsil etdikləri klubların rəhbərliyinə raport təqdim edəcək.
saytlarin hazirlanmasi