"Qarabağ"ın futbolçusu Avropa Liqasının ən yaxşısı seçildi

18:54 - 16 Fevral 2024

Avropa Liqası pley-off mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Abdullah Zubir həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı vinger sorğuda Mauro İkardi ("Qalatasaray"), Ruben Loftus-Çik ("Milan") və Anxel Di Mariyanı ("Benfika") qabaqlayıb.

Qeyd edək ki, Abdullah Zubir "Braqa" ilə qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti