İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Arsenal" səfərdə "Börnli"nin qonağı olub. Qarşılaşma London təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 55-ə yüksəldən "Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Börnli" isə 19-cu yerdədir.
"Börnli" - "Arsenal" 0:5
Qollar: Martin Odeqar, 4, Bukayo Saka, 41 (pen), 47, Leandro Trossard, 66, Kay Haverts, 78