İngiltərənin "Kristal Pelas" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Oliver Qlazner çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
49 yaşlı məşqçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Oliver Qlazner son olaraq "Ayntraxt"ı çalışdırıb. Avstriyalı mütəxəssis 2021/2022 mövsümündə Frankfurt təmsilçisi ilə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, "Kristal Pelas" bu gün Roy Hocsonla yollarını ayırıb.
saytlarin hazirlanmasi