"Qarabağ"ın futbolçusu Juninyo Olavio Avropa Liqası pley-off mərhələsinin "Braqa" ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki. braziliyalı hücumçu matçda bağlı açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb:
- Baş məşqçimizin sözlərinə qoşuluram, maraqlı oyun olacaq. Çox ciddi rəqibimiz var. Yaxşı və ciddi hazırlaşmışıq. "Braqa" mövsümə başqa yarışda başlamışdı, indi başqa yarışdadır. İstənilən halda, bu, bir göstəricidir ki, rəqibimiz təhlükəlidir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bu da önəmli faktordur. Ümid edirəm ki, maraqlı oyun olacaq.
- Şanslarınız nə dərəcədə yüksəkdir? Nəyə daha çox diqqət ayrımalısız ki, mərhələni keçən tərəf "Qarabağ" olsun?
- "Braqa" yaxşı komandadır. Oyunun taleyini xırda detallar həll edə bilər. Sadəcə, buna diqqət yetirməliyik. Eyni zamanda doğma azarkeşlərin qarşısında oynamağımız üstünlükdür.
- "Braqa"nın Bakıda necə oynayacağını gözləyirsən? Səncə, "Qarabağ" səfər matçında "Braqa"nı təəccübləndirməyi bacardı?
- Məncə, "Qarabağ" "Braqa"nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuzu bilirdilər, bizi tanıyırdılar və bizdən bu cür oyunu gözləyirdilər. Yəqin ki, "Braqa"nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik.
- Keçən ilki Juninyo və bu gün başqa komandada oynayan Juninyo. Özü də, fərqli yarışda çıxış edirsən. Ötən həftə "Qarabağ" Portuqaliyada qələbə qazandı. Mərhələ keçsəniz, bu, həqiqətən sizin üçün tarixi nəticə olacaq?
- Düzdür, həqiqətən fərqindəyəm. "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir və təcrübəsi var. Mən də gəldim, tez bir zamanda komandaya uyğunlaşdım. Burada həm də məşqçi amili var. Oturuşmuş komandamız var. İnanıram ki, maraqlı matç olacaq və azarkeşlərimizi sevindirəcəyik.
- "Braqa"nın oyunçuları və baş məşqçisi sabahkı matçda qalib gəlməliyik, mərhələ keçməliyik kimi açıqlamalar verirlər. Bu, sizə xüsusi motivasiya verir? Kollektivdəki əhval-ruhiyyə necədir?
- Ab-hava yaxşıdır. Futbolçularımız oyuna kökləniblər. Belə açıqlamalar biz futbolçulara inanmıram ki, hansısa təsir göstərsin. Portuqaliyada inamlı qələbə qazandıq. "Braqa" və bizim üçün də çətin oyun oldu. Hər şey qarşılaşmadan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə bitəcək.
- Faiz nisbətilə götürsək, hansı komandanın mərhələ keçmək şansı çoxdur?
- Bura Avropa Liqasıdır, burada hər nəticə gözləniləndir. Şansları, imkanları 50/50-yə dəyərləndirirəm. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil.
Mirbağırağa
saytlarin hazirlanmasi