Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Trabzonspor"un qonağı olub. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
27 turdan sonra 32 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi