"Çelsi"nin futbolçusu Kristofer Nkunku yenidən zədələnib.
Sportal.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, fransalı vingerin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, "Çelsi" Kristofer Nkunkunu mövsümün əvvəlində "Leypziq"dən transfer edib. 26 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin keçirdiyi 35 rəsmi matçdan 27-ni zədə səbəbindən buraxmalı olub.
saytlarin hazirlanmasi