"Mançester Yunayted"in səhmlərinin 25 faizini alan və klubun futbol idarəçiliyinə rəhbərlik edən Sir Cim Retkliff komandaya yeni baş məşqçi gətirmək istəyir.
Sportal.az xəbər verir ki, o, hazırkı baş məşqçi Erik ten Haqdan narazıdır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Retkliffin hədəfi Zinədin Zidanı "Mançester Yunayted"ə gətirməkdir. Fransalı məşqçinin adı "Bavariya" ilə də hallanır.
Qeyd edək ki, Zidan 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsizdir.
saytlarin hazirlanmasi