Futbol üzrə Niderland I Divizionunda 28-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Yanq AZ Alkmar"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb. O, 65-ci dəqiqədə komandasına 1 xal qazandıran qolun müəllifi olub. Ozan Can həmçinin, 90+3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
28 oyun keçirən "Eyndhoven" 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi