Millimizin üzvü Niderlandda ən yaxşı seçildi

11:16 - 2 Mart 2024

Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" Niderland I Liqasının 28-ci turunda doğma meydanda "Yanq AZ Alkmar"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Ozan Can matça start heyətdə başlayıb və 90 dəqiqə oynayıb. O, komandasının yeganə qolunun müəllifi olub.

Xəbər xətti