Futbol üzrə Niderland I Divizionunda 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" səfərdə "Dortrext"in qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib.
31 oyun keçirən "Eyndhoven" 38 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi