Futbol üzrə Türkiyə I Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" səfərdə "Çorum"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
27 turdan sonra 31 xal toplayan "Manisa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi