Futbol üzrə isveç Kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan "Yurqorden" finala yüksəlib.
Musa Qurbanlı bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sona qədər ehtiyatda qalıb.
"Yurqorden" həlledici oyunda "Malmö" ilə üz-üzə gələcək. Final matçı 9 may tarixində baş tutacaq.
saytlarin hazirlanmasi